“Bentley” və manatın devalvasiyası...

18-03-2016, 14:01           
“Bentley” və manatın devalvasiyası...
“Bentley” şirkəti Rusiya, Azərbaycan, Qazaxıstan və Belarus kimi ölkələrdə “devalvasiya” formasında baş verən iqtisadi çağırışlara vaxtında reaksiya verməyə çalışır.

Virtualaz.org xəbər verir ki, bu haqda “Bentley Russia”nn rəhbəri Riçard Leopold Qazaxıstan KİV-lərinə açıqlamasında deyib.

Onun sözlərinə görə, “Bentley” satışları artırmaq üçün daha gənc auditoriyanı cəlb etməyə çalışır və bu məqsədlə GT V8 modelinin təqdimatını keçirib. “Biz istehsalçı kimi bu ölkələrdə baş verən iqtisadi dəyişikliklərə vaxtında reaksiya verməyə çalışırıq. Məsələn, biz Qazaxıstanda qiymətləri Rusiya ilə eyni səviyyədə müəyyən etmişik. Gömrük İttifaqı iştirakçısı olan ölkələr üçün bu, məntiqidir. Gözləyirik ki, bu il satış həcmini artıra biləcəyik”-Riçard Leopold deyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.