Bakıda polisdən əhaliyə xəbərdarlıq: - qapı-pəncərəni bağlayın!

18-03-2016, 20:42           
Bakıda polisdən əhaliyə xəbərdarlıq: - qapı-pəncərəni bağlayın!
Bakıda polis paytaxt sakinlərinə müraciət edib.

Nəsimi Rayon Polis İdarəsinin 22-ci bölməsi ərazidə yaşayan sakinlərə müraciət edərək oğrulara qarşı diqqətli olmağa çağırıb.

Polisin müraciətində qeyd edilir ki, mənzilin qapı və pəncərəsini yaxşıca bağlayın. Rayona və ya xaricə istirahət etmək üçün yollananlar mənzilin təhlükəsizliyinə önəm verməlidir. Polis bölməsindən bildirilir ki, vətəndaşlar avtomobildə bahalı əşyalar və pul saxlamasınlar.

Bununla yanaşı, mənzilə siqnalizasiya da qoşdurmaq məsləhət görülür.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.