Saday Şəkərlini həbs etdirən niyə üzə çıxmır? - Əgər belə davam edərsə...

18-03-2016, 20:55           
Saday Şəkərlini həbs etdirən niyə üzə çıxmır? - Əgər belə davam edərsə...
Məlum olduğu kimi, keçən ilin dekabrında şair Saday Şəkərli rüşvət tələbetmə ittihamı ilə həbs olundu. Rəsmi məlumatlarda deyilirdi ki, araşdırmalar zamanı Bakı şəhər sakini Saday Şəkərovun külli miqdarda əmlak əldə etmək məqsədilə Vergilər Nazirliyinin vəzifəli şəxsi haqqında kütləvi informasiya vasitələrində ifşaedici, onu nüfuzdan salan, uydurma yazılar yazmaqla barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə tələb etdiyi 10 min manat məbləğində pulu almasında şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb.

DİA.AZ bildirir ki, amma bu günə qədər nədənsə hüquq-mühafizə orqanları Saday Şəkərlidən şikayətçi olan, dəqiq desək, onu həbsə atdıran vergi məmurununun adını açıqlamır.

Bununla bağlı dia.az-a daxil olan informasiyada qeyd olunur ki, bu fakt həqiqətən də həmin vergi işçisi tərəfindən ciddi-cəhdlə gizlədilir.

Mənbə maraqlı bir məqama da toxunub: "Saday Şəkərlinin məsələsi yetərincə qaranlıqdır. Nə ilə şantaj edirdi, necə şantaj edirdi. Təbii ki, "şikayətçi tərəf" bu faktların ictimailəşməsində maraqlı deyil. Amma bu məsələ davaç edərsə, o zaman bir çox faktlar üzə şıxacaq. Ən azından Saday Şəkərli müdafiə hüququndan istifadə edib bu günə qədər susduğu mətləblərə aydınlıq gətirəcək".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.