“Sarkisyan təcili istefa verməlidir” – Aleksandr Miqranyan
19-03-2016, 13:42
“Hazırda müxalifət ölkədə güclü dalğaya çevrilib. Sarkisyan təcili istefa verməsə, qardaş qanı tökülə bilər”.
Hafta.az-ın tert.am-a istinadən verdiyi xəbərə görə, bunu erməni politoloq Aleksandr Miqranyan deyib. Miqranyan bildirib ki, Sarkisyan hakimiyyəti də artıq sonlarının çatdığını dərk edir:
“Hazırda ölkədə xalq ən böyük müxalifətdir. İçərisindən bir-iki lider seçib və onların arxasınca gedir. Serjikin arxasında isə öz başının dəstəsindən başqa kimsə yoxdur. O, ordunun və digər güc resurslarının imkanlarından istifadə etmək də olsa, kürsüdən getməyəcək. Buna əminəm. Amma bu isə qardaş qırğınıdır. Sarkisyanı təcili istefa verməyə çağırıram. Əks halda onu Qəddafinin aqibəti gözləyir”.