Görmə əngəlli insanlara yardım kompaniyası

20-03-2016, 18:42           
Görmə əngəlli insanlara yardım kompaniyası
Sosial şəbəkə üzərindən yayılan məlumatda gözdən əlillər üçün xeyriyyə kompaniyası başlanıb.Beləki,gözdən əlillərin cəmiyyətə reabitasiyası üçün , onlarında hər hansı məlumatı oxumaq məhdudiyyəti olsa belə,həmin məlumatları qulaq asıb maariflənə bilərlər.

Uluyol.info həmin elanı təqdim edir:

"Əziz dostlar.Görmə əngəllli insanlarında kitablardan faydalana bilmələri üçün Respublika Gözdən Əlillər Kitabxanasında kitabların mp3 versiyası hazırlanır.Kitabları oxumaq üçün könüllü bəy və xanımlara ehtiyac var.Kitabxananın iş prinsipi belədir:İş qrafiki sərbəstdir.Həftənin şənbə günləri saat 10:00-20:00 arası vaxtınız olduqda kitabxananın səsyazma studiyasına gedərək sizə təqdim edilən kitabı oxuyacaqsınız.Siz kitabı oxuyub bitirdikdən sonra səs yazınız montaj olanacaq və diskə yazılaraq elektron kitab halına gətiriləcək.Elekron kitab hazır olduqdan sonra 2 ədəd sizə veriləcək.Hər kəsi bu xeyirxah işə qoşulmağa və görmə əngəlli insanlara dəstək olmağa dəvət edirik.
Ünvan:Bakı şəhəri,Nərimanov rayonu,2-ci sülh döngəsi,ev2.Gənclik metrosunun çıxışı,18 saylı poliklinikanın həyəti.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.