Bakıda müəmmalı gurultu indi də Günəşlidən eşidilir - SƏS QEYDİ (VİDEO)

1-04-2016, 00:51           
Bakıda müəmmalı gurultu indi də Günəşlidən eşidilir - SƏS QEYDİ (VİDEO)
Uğultu insanların narahatlığına səbəb olub

Bir neçə gün əvvəl Bakı ətrafında, xüsusilə də Badamdar qəsəbəsində vətəndaşları narahat edən müəmmalı uğultu bu dəfə Yeni Günəşli qəsəbəsində insanların narahatlığına səbəb olub. Miq.az bizimyol.info eyni məsələ ilə bağlı qəsəbə sakinlərinin gecə saatlarında qeyd elədiyi səs yazısını təqdim edir.

Bir az külək duyulsa da səslərdə kənar uğultuların olduğu aydın bilinir. Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzi başda olmaqla heç bir rəsmi instansiya sözügedən müəmmalı səslə bağlı dəqiq açıqlama vermir, vətəndaşlar isə narahatdırlar.
[media=https://www.youtube.com/watch?v=99wVNZNBFLg]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.