Tərtərdə şagirdlər inşa yazdılar - “31 Mart-qan yaddaşımıza və can yaddaşımıza yazılan yazı”

1-04-2016, 11:32           

teref.az- Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq təhsil şöbəsi ilə birlikdə rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında “31 Mart-qan yaddaşımıza və can yaddaşımıza yazılan yazı” mövzusunda inşa yazı müsabiqəsi keçirilmişdir.

Müsabiqənin birinci mərhələsi məktəblərdə, yekun turu isə şəhər 2 saylı məktəb-liseydə olmuşdur. Yekun turda 37 ümumtəhsil məktəbindən 37 nəfər şagird iştirak etmişdir. İnşa yazısına iki akademik saat vaxt ayrılmışdır.

I yerə şəhər 1 saylı tam orta məktəbin X sinif şagirdi Nərgiz Məmmədzadənin, II yerə Umudlu kənd tam orta məktəbin XI sinif şagirdi Fatimə Sultanovanın, III yerə isə şəhər 2 saylı məktəb-liseyin IX sinif şagirdi Aynur Yusiflinin yazdığı inşalar layiq görülmüşdür.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.