Arif Alışanovun Qulu Məhərrəmliyə qarşı şikayəti üzrə məhkəmə - İş baxışa götürülməyib
1-04-2016, 12:33
Bu gün Yasamal rayon Məhkəməsində AZTV-nin sədri Arif Alışanovun jurnalist, professor Qulu Məhərrəmliyə qarşı cinayət məsuliyyətinə cəlb olunması barəsində xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə prosesi başlayıb.
Moderator.az xəbər verir ki, hakim Azər Tağıyevin sədliyi ilə keçirilən prosesdə hər iki tərəfin nümayəndələri çıxış edib. Prosesdə Q.Məhərrəmli iştirak edib, A.Alışanovu isə nümayəndəsi təmsil edib. İş baxışa götürülməyib. Proses təxirə salınıb. Məhkəmə qeyri müəyyən vaxta qədər təxirə düşüb.
Qeyd edək ki, A.Alışanov və Q.Məhərrəmli arasında narazılıq jurnalistin fevral ayında Azərbaycanda televiziyanın kütləvi yayımına başlamasının 60 illiyi ilə bağlı verdiyi müsahibədən sonra yaranıb. Bundan sora Arif Alışanov şərəf və ləyaqətinin təhqir olunduğunu hesab edərək məhkəmə müraciət edib və Qulu Məhərrəmliyə qarşı cinayət işinin açılmasını istəyib. Alışanov eləcə Nəsimi rayon Məhkəməsində müraciət edərək Qulu Məhərrəmlidən 100 min manat tələb edib. O, ərizəsində həmin pulu uşaqlar evinə verəcəyini deyib.