Bakıda ayı peyda oldu

29-04-2016, 12:57           
Bakıda ayı peyda oldu
Hazırda Zığ qəsəbəsi, Hövsan yolunun üstündə yerləşən "Bakubus"ın avtomobil parkı yaxınlığında ayı peyda olub. ANS PRESS-ə daxil olan məlumata görə, ayının həmin ərazidə peyda olması oradan keçən vətəndaşların təəccüb və təşvişinə səbəb olub.

Ayının haradan gəlməsi məlum deyil. Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinə məlumat verilib. Şahidlərdən birinin sözlərinə görə, ayıya yaxın durmaq olmur.

"Hamımız gözləyirik ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəlsin, ayıya iynə vursunlar və ya başqa hansısa yolla onu ərazidən uzaqlaşdırsınlar. Nə piyadalar, nə də maşınlar həmin istiqamətdə hərəkət edə bilmirlər. Ayının birdən peyda olması, hamını qorxudub", - deyə hazırda hadisə yerində olanlardan biri bildirdi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.