Zelenski ilə Tramp arasında vacib telefon danışığı baş tutub

5-07-2025, 08:44           
Zelenski ilə Tramp arasında vacib telefon danışığı baş tutub
Ukrayna və ABŞ prezidentləri Vladimir Zelenski və Donald Tramp arasında telefon danışığı baş tutub.

TEREF xəbər verir ki, bu barədə "RBK-Ukrayna" məlumat yayıb.

Qeyd olunur ki, söhbət ABŞ-nin Ukraynaya bəzi əsas hərbi yardım növlərinin tədarükündəki fasilə fonunda olub.

"Axios"un məlumatına görə, Zelenski ilə Tramp arasında söhbət təxminən 40 dəqiqə davam edib.

Qeyd edək ki, Zelenski Trampla söhbəti ərəfəsində elan edib ki, Ukrayna ABŞ-dən yardımın uzadılmasına ümid edir, ilk növbədə, söhbət "Patriot" hava hücumundan müdafiə sistemləri üçün raketlərdən gedir. \\Oxu.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru