Moskvada azərbaycanlı diaspor rəhbərinin bazarında reyd – Anti-miqrant kampaniyası davam edir

5-07-2025, 09:24           
Moskvada azərbaycanlı diaspor rəhbərinin bazarında reyd –
Rusiya hüquq-mühafizə orqanları bu günlərdə Moskva vilayətinin İstra rayonunda yerləşən ticarət obyektlərində genişmiqyaslı “anti-miqrant” reyd həyata keçirib.

Reydin əsas hədəfi isə bölgədəki azərbaycanlı icmasının tanınmış lideri, “Moskva vilayəti azərbaycanlılarının regional milli-mədəni muxtariyyəti”nin rəhbəri Tahir Hacıyevə məxsus bazar və digər obyektlər olub.

Məlumatı “Operativnıye svodki” teleqram kanalı yayıb. Bildirilir ki, “profilaktik tədbirlər” çərçivəsində həmin bazarda miqrasiya sənədləri olmadan çalışan şəxslər, eləcə də qeyri-leqal yataqxana və dini məkan aşkarlanıb. Bu obyektlərin hüquqi statusu hazırda yoxlanılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru