Türkiyədə meşə yanğınları ilə bağlı 44 şübhəli saxlanılıb - On nəfər həbs olunub Bu gün, 09:08 Türkiyənin 12 vilayətində 65 meşə yanğını ilə bağlı ümumilikdə 44 şübhəli saxlanılıb.Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X"də yazıb.O bildirib ki, saxlanılanlardan 10-u həbs olunub.Nazir yanğınların söndürülməsi istiqamətində işlərin davam etdirildiyini diqqətə çatdırıb Facebook-da paylaş