Sərxoş taksi sürücüsü qəbiristanlığın yanındakı güllüyə girdi

12-08-2022, 09:58           
Sərxoş taksi sürücüsü qəbiristanlığın yanındakı güllüyə girdi
Abşeron rayonu ərazisində yol qəzası zamanı bir nəfər xəsarət alıb.

TEREF APA-ya istinadla xəbər verir ki, hadisə Bakı-Sumqayıt şossesinində, Xırdalan qəbirstanlığı qarşısında baş verib.

“Toyota Prius” markalı maşının sürücüsü sükan arxasında yuxulayıb. Bu zaman nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yol kənarında satış üçün nəzərdə tutulan gül və ağacların olduğu əraziyə aşıb. Sürücü müxtəlif bədən xəsarətləri alıb. Əraziyə Təcili Tibbi Yardım Xidmətinin əməkdaşları cəlb edilib.

Hadisə şahidləri və həkimlərin verdiyi məlumata görə sürücü ağır dərəcəli sərxoş olub. O, xəstəxanaya çatdırılıb. Əraziyə yol patrul və post patrul xidmətinin əməkdaşları cəlb edilib. Ağac və gül satışı ilə məşğul olan Ramin Rzayev bildirib ki, ona 4 min manat ziyan dəyib.

Hadisə yerində avtotexniki ekspertiza təyin edilib. Sürücünün kimliyi müəyyənləşdirilir.

Qeyd edək ki, o, taksi fəaliyyəti ilə məşğul olur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru