Nigeriyada ritual üçün uşağın başını kəsən keşiş ölüm cəzasına məhkum edildi - FOTO

13-08-2022, 10:04           
Nigeriyada ritual üçün uşağın başını kəsən keşiş ölüm cəzasına məhkum edildi - FOTO
Nigeriyada keşiş və onun ortağı yeddi yaşlı uşağı öldürməkdə təqsirli bilinirlər. Onların bu cinayəti ayin yerinə yetirmək üçün etdiyi deyilir.

Hadisə İkorodu şəhərində baş verib. Din xadimi uşağın başını kəsib və onu kilsənin qurbangahının altına basdırıb, cəsədi isə kanala atıb.


Əvvəlcə təqsirləndirilən şəxslər günahlarını etiraf etməyiblər. Sonra törətdikləri cinayəti danışıblar. Onlar qətl törətmək məqsədilə əlbir olmaqda ittiham olunublar. Məhkəmə isə barələrində ölüm hökmü çıxarıb.

“Təqsirləndirilən şəxslər ağır cinayət törədiblər və heç bir mərhəmətə layiq deyillər. Onlar yeddi yaşlı uşağı qəsdən və qəddarlıqla qətlə yetiriblər. Onu və ailəsini parlaq gələcəkdən məhrum etdilər”, - deyə hakim vurğulayıb.


Mənbə: Gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru