Rusiyada üç aylıq körpəsini yerə çırpan gənc ana həbs edildi

13-08-2022, 10:54           
Rusiyada üç aylıq körpəsini yerə çırpan gənc ana həbs edildi
Rusiyanın Omsk vilayətinin Qorki rayonundakı evdə avqustun 10-da hüquq-mühafizə orqanlarının əməkdaşları üç aylıq uşaq meyiti tapıblar.

Körpənin ölümü ilə bağlı cinayət işi başladılıb. Baş verən hadisədə uşağın 20 yaşlı anasını əli olduğu hesab edilir.

Araşdırma zamanı məlum olub ki, körpənin 20 yaşlı anası və atası spirtli içki qəbul etdikdən sonra mübahisəyə başlayıblar. Bu zaman qadın: “Sənə nifrət edirəm!” - deyə qışqıraraq uşağı yerə çırpıb.

Qadın rəsmi nikahda olmayıb. Son üç ay ərzində o, iki oğlu ilə tək yaşayıb. Üç yaşlı uşaq atasına verilib.

Mənbə: Mk.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru