Üçüncü kurs tələbəsi faciəli şəkildə həyatını itirdi Hadisə

14-08-2022, 00:02           
Üçüncü kurs tələbəsi faciəli şəkildə həyatını itirdi Hadisə
Azərbaycan Turizm və Menecment Universitetinin üçüncü kurs tələbəsi Elnur Abbasov dünyasını dəyişib.

Bakı ətrafında istixanada fəhlə işləyən Elnur elə orada ağır xəsarət alıb.

Belə ki, Elnur istixanada çalışarkən hündürlükdən yıxılıb və boynu sınıb. Dörd gün koma vəziyyətində qaldıqdan sonra dünyasını dəyişib.

Qeyd edək ki, Elnur Abbasov 2001-ci ildə Biləsuvar rayonu ərazisində yerləşən 5 saylı Cəbrayıl qəsəbəsində doğulub, əslən Cəbrayıldandır. Onun özündən başqa, bir qardaşı və bir bacısı var./Oxu.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru