Ukraynaya "Zuzanna 2" artilleriya silahları verilib

14-08-2022, 00:08           
Ukraynaya "Zuzanna 2" artilleriya silahları verilib
Slovakiya Ukraynaya dörd ədəd "Zuzana 2" özüyeriyən artilleriya qurğusu təhvil verib.

Modern.az xəbər verir ki, bu barədə Slovakiyanın müdafiə naziri Yaroslav Nagi “Twitter” səhifəsində yazıb.

Onun sözlərinə görə, özüyeriyən silahlar artıq Ukrayna hərbçiləri tərəfindən istifadə edilir.

Məlumatı Ukrayna Prezidenti Aparatının rəhbəri Andrey Yermak da təsdiqləyib.

155 mm çaplı artilleriya qurğuları maksimum 41 km məsafədə atəş açmaq qabiliyyətinə malikdir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.