Yatağında siqaret çəkən 61 yaşlı kişi yandı - Qaxda qəribə olay

17-08-2022, 08:06           
Yatağında siqaret çəkən 61 yaşlı kişi yandı - Qaxda qəribə olay
61 yaşlı kişi bədbəxt hadisə nəticəsində yanıq xəsarəti alıb.
Teref.az “Qafqazinfo”ya istinadən bildirir ki, Qax şəhər, Rəşid Behbudov 40 ünvanında yaşayan 1961-ci il təvəllüdlü Saatov Elsevər Saat oğlu yuxarı ətrafın yanıq xəsarəti ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
Müayinə zamanı onun yaşadığı ünvanda yanıq xəsarəti aldığı məlum olub.
Belə ki, yataq xəstəsi olan Elsevər Saatov siqaret çəkən zaman ehtiyatsızlıqdan yatağa od düşüb, yataq alışıb və o, yanıq xəsarətləri alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru