Yekaterinburq sakini divanda oturduğu halda yanaraq öldü

17-08-2022, 10:18           
Yekaterinburq sakini divanda oturduğu halda yanaraq öldü
Rusiyanın Yekaterinburq şəhərində yaşayış binalarından birində yanğın baş verib. Hadisə nəticəsində bir nəfər ölüb.

Hadisə Asbestovski prospektində baş verib. Bina sakinləri qonşularının mənzilində yanğın olduğu barədə məlumat veriblər.

Yanğınsöndürənlər mənzilə daxil olarkən divanda oturaq vəziyyətdə kişi meyiti aşkar ediblər. Onun yanında spirtli içki və siqaret tapılıb.

“Adamın 60 yaşı var idi, altı ay əvvəl bu evə köçmüşdü. O, divanda içir və siqaret çəkirdi. Necə həyat yaşayırdısa, elə də öldü”, - deyə bina sakini bildirib.

Mənbə: Gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru