Bu gün Kabilin şimal-şərqindəki məscidlərin birində partlayış baş verib. Bakupost.az bildirir ki, bu barədə "Al Jazeera" telekanalı məlumat yayıb. Hadisə nəticəsində azı 20 nəfər həlak olub, 40 nəfər yaralanıb. Hadisə ilə bağlı digər təfərrüatlar açıqlanmayıb.