Xarkov şəhəri atəşə tutulub, ölənlər və yaralananlar var

18-08-2022, 08:25           
Xarkov şəhəri atəşə tutulub, ölənlər və yaralananlar var
Ukraynanın Xarkov şəhərinin Saltovski rayonunun atəşə tutulması nəticəsində güclü yanğın baş verib. “Report” xəbər verir ki, bu barədə Xarkov Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat verib.

O qeyd edib ki, yaşayış infrastrukturunun yenidən atəşə tutulması zamanı yaranan partlayışda azı 6 nəfər həlak olub, 16 nəfər yaralanıb.

Həlak olan və yaralananların sayının artacağı gözlənilir.

Ukrayna Prezidenti Volodimir Zelenski öz növbəsində bildirib ki, Xarkovun ruslar tərəfindən atəşə tutulması dinc əhaliyə qarşı alçaq və kinli zərbədir, bunun heç bir əsası yoxdur və təcavüzkarın acizliyini nümayiş etdirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru