Saratovda parkda siçovul uşağa hücum etdi

18-08-2022, 10:44           
Saratovda parkda siçovul uşağa hücum etdi
Rusiyanın Saratov vilayətində siçovul doqquz yaşlı uşağa hücum edib.

Hadisə əyləncə parkında baş verib. Uşağın anası təcili tibbi yardıma zəng edib.

Qadın bildirib ki, parkda oğluna iri siçovul hücum edib və onun biləyini dişləyib.

Hadisə yerinə gələn təcili tibbi yardım briqadasının həkimləri uşağa tibbi yardım göstərib və onu yaxınlıqdakı xəstəxanaya çatdırıblar. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Mənbə: Gazeta.ru












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.