Ermənistanda şəhər meriyasına hücum edən şəxs intihar edib – FOTO/VİDEO

20-08-2022, 09:18           
Ermənistanda şəhər meriyasına hücum edən şəxs intihar edib – FOTO/VİDEO
Təhlükəsizlik qüvvələri Masis meriyasının binasına soxulmuş şəxsin cəsədini aşkar ediblər.

“Masis şəhər meriyasının binasına girən şəxslə danışıqlar zamanı atəş açılıb. Polis rəisinin birinci müavini Aram Ovanisyanın rəhbərlik etdiyi Xüsusi Təyinatlı Polis İdarəsinin əməkdaşları binaya daxil olaraq 36 yaşlı Edvard Marqaryanın başından xəsarət almış meyitini aşkar ediblər. O, intihar edib. Polislər arasında itki və xəsarət alan yoxdur”, - deyə polisin “Facebook” səhifəsindən bildirilib.

Qeyd olunb ki, insident barədə əlavə məlumat daha sonra veriləcək.

Erməni mediasının məlumatına görə, binaya hücum edən vətəndaş Masis şəhər şurasının keçmiş deputatıdır və öz hərəkətini mer David Ambartsumyanın fəaliyyətindən narazılıqla əsaslandırıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru