Formula 1-in keçmiş rəhbəri dələduzluqda ittiham olunur
22-08-2022, 11:17
Bu gün Londonda Formula 1-in keçmiş rəhbəri Berni Eklstounun məhkəməsi başlayır.
Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, dələduzluqda ittiham olunan 91 yaşlı Berni vergi orqanlarından təxminən 400 milyon funt-sterlinq gizlətdiyi iddia olunur.
Məhkəmədə onun qızları - Debora (67 yaş), Tamara (38 yaş) və Petra (33 yaş) da iştirak edəcək.