Bakıda 6 avtomobil toqquşub, xəsarət alanlar var - FOTOLAR

23-08-2022, 08:38           
Bakıda 6 avtomobil toqquşub, xəsarət alanlar var - FOTOLAR
Baş vermiş yol qəzası zamanı 4 nəfər xəsarət alıb

Bakının Xətai rayonunda ağır yol qəzası qeydə alınıb. AYNA APA-ya xəbər verir ki, hadisə 8 Noyabr prospektində baş verib.

“Chevrolet” markalı maşını idarə edən sürücü yüksək sürətlə nəqliyyat vasitəsini işıq dirəyinə çırpıb.

Daha sonra idarəetmədən çıxan maşın əks yolda “Renault” markalı avtomobilə, o cümlədən “Toyota”-ya çırpılaraq dayanıb.

Bundan sonra həmin yolda hərəkətdə olan “Mercedes”, “KIA” və “VAZ” markalı avtomobillər qəzaya uğramış nəqliyyat vasitələrinə çırpılıb.

Baş vermiş yol qəzası zamanı 4 nəfər xəsarət alıb.

Əraziyə Xətai Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Yaralılar xəstəxanaya çatdırılıb.



ayna.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru