“Bentley” üfüqi şüşədə viski buraxacaq 23-08-2022, 11:24 “Bentley” və Şotlandiyanın “Macallan” içki zavodu gələn il kolleksiya üçün nəzərdə tutulmuş viski buraxacaq.İçki palıd çəlləyinin çubuqları ilə əhatə olunmuş qeyri-adi, üfüqi bir şüşədə təqdim olunacaq.Qablaşdırma təkrar emal edilmiş və ekoloji cəhətdən təmiz materiallardan hazırlanacaq: Mis, alüminium, şüşə, iki növ ağac və təbii dəri.İki markanın ilk birgə məhsulu “Macallan Horizon” adlanacaq.Viskinin qiyməti açıqlanmır.Mənbə: motor.ru Facebook-da paylaş