Sumqayıtda oğul atasına xəsarətlər yetirdi - TƏFƏRRÜAT

24-08-2022, 10:53           
Sumqayıtda oğul atasına xəsarətlər yetirdi - TƏFƏRRÜAT
Sumqayıt şəhərində 2001-ci il təvəllüdlü Elşad Alışanov atası Sarvana (adlar şərtidir – red.) xəsarət yetirib.

TEREF xəbər verir ki, Bizim.Media-nın əldə etdiyi məlumata görə, cinayət işi üzrə ifadə verən Elşadın sözlərinə görə, hadisə günü yaşadıqları evdə atası Sarvanla anası Həqiqətin arasında söz mübahisəsi yaranıb.

O bildirib ki, mübahisə baş verən vaxt evdə olmayıb:

“Mübahisə zamanı anam mənə zəng etdi, atam ilə mübahisə etdiyini bildirdi, məni evə çağırdı. Mən də evə gəldim. Evin girişində atam ilə bir qədər söz mübahisəsi etdim”.

Elşad qeyd edib ki, bu zaman atasının anasını söyərək təhqir etməsinə görə əsəbiləşib:

“Bundan sonra isə atamın boğazından tutdum və onun sol qabırğasına yumruqla zərbələr vuraraq xəsarət yetirdim”.

Elşad ifadəsinin sonunda əməlindən peşman olduğunu, atası ilə barışdığını bildirib. Sumqayıt şəhər Məhkəməsinin hökmü ilə Elşad 11 ay müddətinə islah işləri cəzasına məhkum edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru