NAZİR MÜAVİNİ VƏFAT ETDİ - General-leytenant idi + FOTO

27-08-2022, 07:56           
NAZİR MÜAVİNİ VƏFAT ETDİ - General-leytenant idi + FOTO
Azərbaycanın fövqəladə hallar nazirinin müavini, daxili xidmət general-leytenantı Nazim Məmmədov dünyasını dəyişib. “Report”un məlumatına görə, o, bu gün vəfat edib.

Fövqəladə Hallar Nazirliyindən N.Məmmədovun ölüm xəbərini təsdiqləyiblər.

Nazim Məmmədov 8 oktyabr 1951-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda anadan olub.

Əmək fəaliyyətinə 1973-cü ildə Ordubad şəhərində başlayıb. 1976-1995-ci illərdə Ordubad şəhərində müxtəlif təşkilatlarda işləyib.

1995-ci ildən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində çalışıb. 1999-cu ildə isə "Təfəkkür” Universitetinin hüquq fakultəsini bitirib. 2007-cı ilin dekabrından 2022-ci ilin yanvarına qədər Dövlət Gömrük Komitəsinin sədr müavini, gömrük xidməti general-leytenantı olub.

Ailəlidir, 3 övladı var.

Allah rəhmət eləsin!













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru