Kanadada atışma olub

27-08-2022, 08:43           
Kanadada atışma olub
Kanadada atışma olub. “Report” xəbər verir ki, bu barədə yerli CTV telekanalı məlumat yayıb. Məlumata görə, hadisə Ottava şəhərinin mərkəzində baş verib. Atışma zamanı azı 5 nəfər yaralanıb.

İnsident parlament binası kompleksinin yaxınlığında yerləşən bazar ərazisindəki bar və restoranların bağlanmasından sonra baş verib. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları güllə yarası almış 3 nəfəri aşkar edib, onlar xəstəxanaya yerləşdirilib. Daha sonra daha iki nəfər də tibbi yardım üçün xəstəxanaya müraciət edib.

Polis kimin atəş açdığını və digər zərərçəkənlərin olub-olmadığını araşdırır.

Hadisənin digər təfərrüatları açıqlanmır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru