Rusiyada üstü örtülü bazarda güclü yanğın - VİDEO 29-08-2022, 09:03 Rusiyanın Volqoqrad vilayətinin Voljski şəhərindəki “Lyudmila” bazarında güclü yanğın baş verib.Alov üstü örtülü bazarın 7 min kvadratmetr sahəsini əhatə edib.Dərhal işçilərin və müştərilərin evakuasiyası başlanılıb.İlkin məlumata görə, yanğın nəticəsində xəsarət alan olmasa da, satıcılara ciddi maddi zərər dəyib.Hələlik yanğının hansı səbəbdən baş verməsi açıqlanmır.Mənbə: İzvestiya Facebook-da paylaş