Ukrayna ordusu Rusiyanın “Pansir” raket kompleksini məhv edib
29-08-2022, 08:45
Ukrayna ordusu ötən sutka Rusiyanın "Pansir-C1" və "Uraqan" raket komplekslərini məhv edib.
Teref.Az APA-ya istinadən bildirir ki, bu barədə Cənub ordu komandanlığı məlumat yayıb. Ətraflı
Komandanlıq bildirir ki, ötən sutka Rusiyaya məxsus 2 PUA, 1 ədəd T-72 tankı, 1 ədəd "Uraqan" YARS, 1 ədəd "Pansir-C1" raket kompleksi, "Nona-S" özüyeriyən artilleriya qurğusu və 6 ədəd hərbi avtomobil məhv edilib. Paralel olaraq 41 hərbçi zərərsizləşdirilib.