Oğuzda iki avtomobil toqquşub, xəsarət alanlar var - YENİLƏNİB + FOTO

31-08-2022, 10:13           
Oğuzda iki avtomobil toqquşub, xəsarət alanlar var - YENİLƏNİB + FOTO
Oğuzda yol qəzasında yaralanan şəxslərin kimliyi məlum olub.

APA-nın xəbərinə göə, Bunlar rayonunun Mollalı kənd sakinləri – sürücü, 1966-cı il təvəllüdlü Yusif Müslüm oğlu Abışov və sərnişin Böyükağa Məhəmməd oğlu Hacıyev olub. B. Hacıyevin vəziyyəti ağır qiymətləndirilir.

23:40

Oğuz rayonunda yol qəzası baş verib.

“Report” xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun rayonun Sincan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “NİVA” və “VAZ-2109” markalı avtomobillərin toqquşması nəticəsində ikincisi yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə minik maşınında olan bir-neçə nəfər xəsarət alıb. Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru