Lent.az-ın məlumatına görə, hadisə Suraxanı rayonu Binə Sovxoz qəsəbəsində baş verib. Burada yaşayan 13 yaşlı Abdullayeva Şəfiqə Malik qızı və 14 yaşlı Abdullayeva Arzu Xaliq qızı evdən çıxaraq, bir daha geri qayıtmayıblar.
Bu barədə onların nənəsi 62 yaşlı Ş. Abdullayeva polisə müraciətində bildirib. Onların əmiqızları olduğu qeyd olunur.