Məktəb direktoru həbs olundu - FOTO

3-02-2025, 11:32           
Məktəb direktoru həbs olundu - FOTO
Ağsu rayonu S.Mikayılov adına tam orta məktəbin direktoru həbs edilib.

TEREF “Qafqazinfo”ya istinadla xəbər verir ki, direktor Fəxrəddin Həsənov məktəbdəki qanun pozuntuları ilə bağlı cinayət məsuliyyətinə cəlb edilib.

Ağsu Rayon Prokurorluğunda F.Həsənova Cinayət Məcəlləsinin 311.3.3-cü (rüşvət alma-külli miqdarda törədildikdə) maddəsi ilə ittiham elan edilib, barəsində həbs-qətimkan tədbiri seçilib.

İş üzrə ilkin istintaq tamamlanıb, toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru