Əmir Mərdani: Xameneyi Amerika ilə danışıqlara yaşıl işıq verir, ancaq bunun pərdə arxasında getməsini istəyir
Bu gün, 10:44
Məsud Pezeşkian çərşənbə günü hökümət iclası kənarında bir jurnalistin ABŞ və İran arasında danışıqların bərpası ilə bağlı Donald Trampdan hər hansı bir mesaj alıb-almaması ilə bağlı sualına sadəcə “yox” cavabını verib.
Siyasi fəal Əmir Mərdani Amerikanın Səsi ilə söhbətində İslam Respublikasının ABŞ-la müzakirədən başqa yolunun olmadığını, ancaq danışıqları pərdə arxasında yürütmək istədiyini vurğulayıb.
“Məncə müzakirələr pərdə arxasında gedəcək. Ancaq, Xameneyi də nəhayətdə məcbur olacaq açıqca elan etsin ki, müzakirəyə razıdır yoxsa deyil. Təbii, diktatura hakimiyyətində informasiyanın şəffaf olmadığı üçün biz elə ancaq təhlil edib və olanları gözləyə bilərik,” Əmir Mərdani deyib.
Mərdani hesab edir ki, İslam Respublikasının bəzi rəsmilərinin ABŞ-la müzakirəyə müsbət açıqlamaları ali dini liderin də danışıqlara yaşıl işıq verdiyini göstərir.
Onun sözlərinə görə, “bütün diktaturalarda olduğu kimi, İranda da hər bir olay hər bir iş üçün başda duran Xameneyinin razılığı alınmalıdır. Özəlliklə də böyük strateji qərarlarda. Xameneyi də indiyədək göstərib ki, heç zaman bütün yumurtalarını bir səbətə qoymaq istəmir. Eyni halda o simasini saxlamaq istəyir ki, mən İslam lideriyəm, Amerikaya və İsrailə hər zaman qarşıyam, bunun yanında yaşıl işıq da verir hakimiyyətin ayrı qanadlarına ki, bunlar da müzakirələri və ya yumşalma siyasətini irəli aparsınlar. Bu keçmişdə də görünmüşdür.”
Mərdani müsahibədə həmçinin İran-ABŞ danışıqlarının mümkün ssenariləri barədə öz fikirlərini bəyan edib.
“Gələcək ssenarilərdən biri bu ola bilər ki, ya Tramp gəlib açıqcasına geçmişdə etdiyi kimi şərtlərini açıq ortaya qoyub və o şəkildə əməldə müzakirələrin qapısını bağlayar və o şəkildə Xameneyini olunmuş işin qarşısında qoyar və beləliklə basqıları daha da artırar. Və ya arxada söhbətlər gedəcək Əhmədinejadın son dönəmi və ya Ruhaninin birinci illəri kimi. Ancaq mən düşünürəm ki, Xameneyiyə inananlar artıq hər şeyin açıq və şəffat getməsini istəyirlər... Bu arada, İsrailin də rolu önəmlidir. Misal üçün İsrailin İranın nüvə saytlarına hücumu olacaq ya olmayacaq, o da təyinedici məqamdır,” deyə siyasi fəal əlavə edib.