Güzəştli iş stajının olması barədə işlədiyi müəssisədən Arayış gətirilməsi tələbi nə dərəcədə nə dərəcədə əsaslıdır?

3-02-2025, 10:22           
Güzəştli iş stajının olması barədə işlədiyi müəssisədən Arayış gətirilməsi tələbi nə dərəcədə nə dərəcədə əsaslıdır?
Güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq istəyən şəxsdən pensiya təyin edən orqan tərəfindən: Güzəştli iş stajının olması barədə işlədiyi müəssisədən Arayış gətirilməsi tələbi nə dərəcədə nə dərəcədə əsaslıdır?
Belə ki, qeyd olunan hallarda işçi Əmək kitabçasını müvafiq dövlət orqanına təqdim edir. İşçinin Əmək kitabçasında isə onun fəaliyyəti haqqında bütün qeydlər olduğu halda,belə bir Arayışın alınmasına nə ehtiyac var.
Pensiya təyin edən orqan Əmək kitabçası və digər məlumatlar əsasında şəxsin - güzəştli şərtlərlə pensiya hüququnun olmasını və ya olmamasını müəyyən etməlidir. Hər hansı bir şübhə və ya qeyri - müəyyənlik olduqda isə müvafiq sorğu əsasında bu məlumatlarda dəqiqləşdirmə aparıla bilər.
Praktikada isə belə hallara çox rast gəlirik. İşçi güzəştli şərtlərlə əmək pensiyasına çıxmaqhüququ barədə idarəvə müəssisədən müvafiq Arayış təqdim edir dövlət orqanına, dövlət orqanı isə Arayışın olmasına belə baxmayaraq həmin şəxsin güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq hüququnun olmaması barədə imtina qərarı qəbul edir.
Azər Quliyev,
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.