İmamoğludan növbədənkənar prezident seçkilərinə çağırış - FOTO
Bu gün, 11:55
İstanbulun bələdiyyə sədri Əkrəm İmamoğlu Türkiyədə növbədənkənar seçkilər üçün çağırış edib. Yeniavaz.com xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında yazıb. “Millətimiz üçün ən təsirli məlhəm seçki qutusudur. Ölkəmizdə dərhal seçkilərin keçirilməsinə ehtiyac var. Millət böyükdür!” - İmamoğlu bildirib. Bələdiyyə sədrinin sözügedən çağırışından bir neçə dəqiqə öncə ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan seçkilərin vaxtında keçiriləcəyinin siqnalını verib. “Sosial şəbəkələrdəki “dəstəklə”, şüarlarla birlikdə kreslo yuxusu görənləri ayıltmaq üçün ən təsirli məlhəm seçki qutusudur. Bu səbəbdən Ədalət və İnkişaf Partiyası (AKP) olaraq 2028-ci il prezident və 2029-cu il yerli idarəetmə seçkilərinə çox ciddi hazırlaşmalıyıq”, - Ərdoğan bildirib. Qeyd edək ki, İmamoğlu növbədənkənar seçkiyə çağırışla bağlı dərc etdiyi məlumata Ərdoğanın sözügedən paylaşımını da əlavə edib.