Polis Tbilisinin girişində keçirilən aksiyada 20-dən çox insanı həbs edib. Daxili İşlər Nazirliyi saxlanılan şəxslərlə bağlı rəsmi məlumat yaymayıb. Onların sayının 50-dən çox olduğu bildirilir.
Bu arada siyasətçilər Tenqo Tevzadze və Giorgi Kirtadze həbs olunsa da sonradan sərbəst buraxılıb. Azyaşlı Nikoloz Qvelukaşvili də həbsindən bir neçə saat sonra sərbəst buraxılıb.
Saxlanılanların bəzilərinin döyüldüyü barədə məlumatlar var.