Zaqatalada dağlıq ərazidə baş verən yanğının sahəsi genişlənib

1-09-2022, 09:23           
Zaqatalada dağlıq ərazidə baş verən yanğının sahəsi genişlənib
Zaqatalada dağlıq ərazidə baş verən yanğının sahəsi genişlənib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, rayonun Yuxarı kəndi ərazisində, yüksək dağlıq ərazidə başlayan yanğın davam edir.

Zaqatala Dövlət Yanğından Mühafizə Hissəsinin rəis müavini Nurlan Şabanov "Report"un yerli bürosuna bildirib ki, yanğının lokallaşdırılması hələ mümkün olmayıb.

"Hazırda FHN-dən 100 nəfər şəxsi heyət olmaqla ümumilikdə 300 nəfərə yaxın insan yanğının söndürülməsində iştirak edir. Bununla yanaşı 2 helikopter bu gün səhər saatlarından etibarən yenidən yanğınsöndürmə işlərinə qoşulub. Dünən yanğın 10 hektar ərazini əhatə edirdisə, bu gün əhatəsi 12 hektara çatıb".

Qeyd edək ki, Zaqatalanın yüksək dağlıq ərazilərində başlayan yanğın iki gündür davam edir.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru