ABŞ sakini lotereyada iştirak etdiyini bilmədən cekpot qazanıb

1-09-2022, 09:25           
ABŞ sakini lotereyada iştirak etdiyini bilmədən cekpot qazanıb
ABŞ-ın Miçiqan ştatının Oklend rayonunun sakini təsadüfən lotereyaya qatılaraq 100 min dollarlıq cekpot qazanıb.

58 yaşlı kişi uğursuz biletləri yoxlamaq üçün lotereya proqramından istifadə edib. O, bu yolla əlavə tirajda iştirak etdiyini anlamayıb.

Amerikalı 100 min dollar udduğuna dair elektron məktub alanda çox təəccüblənib. “Məktubun nə olduğunu öyrənmək üçün lotereyanın qərargahına zəng etdim və ikinci tirajla bağlı xəbər tutdum. Bu, mənim üçün böyük sürpriz oldu”, - deyə o, bildirib.

Kişi aldığı pulu ailəsinə kömək etmək üçün istifadə etməyi planlaşdırır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru