Rusiyada zibil maşını iki azyaşlı qızın üzərindən keçdi – VİDEO

2-09-2022, 10:54           
Rusiyada zibil maşını iki azyaşlı qızın üzərindən keçdi – VİDEO
Rusiyanın Moskva vilayətinin İstra şəhərində zibil maşını iki azyaşlı qızın üzərindən keçib.

Dəhşətli hadisənin videosu zibil maşınının arxasınca hərəkət edən avtomobilin videoregistratoru tərəfindən qeydə alınıb.

İlkin məlumata görə, qəza nəticəsində azyaşlılardan biri hadisə yerindəcə ölüb, digəri ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisə şahidləri bildiriblər ki, uşaqlar yolu keçərkən anaları onların yanında olmayıb. Üstəlik azyaşlılar yolun digər tərəfinə piyadaların hərəkəti üçün nəzərdə tutulmayan hissəsindən keçməyə çalışıblar.

Hadisənin digər təfərrüatı hələlik məlum deyil.

Mənbə: Mash












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru