Bakıda səkkiz yaşlı uşağı avtomobil vurdu 3-09-2022, 09:44 Bakıda səkkiz yaşlı uşağın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.“Report”un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb.2014-cü il təvəllüdlü İsazadə Əyyub Şamo oğlu yolu keçərkən avtomobil onu vurub.Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.Müayinə zamanı ona sol qamış sümüyünün sınığı diaqnozu qoyulub.Faktla bağlı araşdırma aparılır. Facebook-da paylaş