İstanbulda azərbaycanlı gənc güllələndi

3-09-2022, 13:11           
İstanbulda azərbaycanlı gənc güllələndi
İstanbul şəhərinin Fatih bölgəsindəki idman zalında silahlı insident yaşanıb.

Modern.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə ötən gün saat 22:00 radələrində Fatih rayonu Seyyid Ömər məhəlləsində baş verib.

Məlumata görə, Sırrıpaşa küçəsində idman zalına gələn Ceyhun Ələkbərova naməlum səbəbdən 2 nəfər atəş açıb. Açılan atəş nəticəsində Ələkbərov həyatını itirib, şübhəlilər isə sürətlə hadisə yerindən qaçıblar. İşçilər dərhal polisə və sağlamlıq qruplarına vəziyyətlə bağlı məlumat veriblər.

Hadisə yerinə gələn polis araşdırmalara başlayıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru