Milyarderin nəvəsi qaçış zamanı oğurlanıb

5-09-2022, 08:38           
Milyarderin nəvəsi qaçış zamanı oğurlanıb
ABŞ-ın Memfis şəhərində “Orgill Inc” şirkətinin qurucusu, Cozef Orgillin 34 yaşlı nəvəsi Eliza Fletcer qaçış zamanı oğurlanıb. SİA xəbər verir ki, bu barədə Fox News məlumat yayıb.

Onun səhər saat yerli vaxtla 4:20 radələrində qaçırıldığı qeyd edilir. O, qara rəngdə yolsuzluq avtomobilinə mindirilərək naməlum istiqamətə aparılıb. Hazırda müstəntiqlər cinayətin təsadüfi və ya planlı olmasını araşdırır.

Kanalın məlumatına görə, polis adam oğurluğu və sübutları saxtalaşdırmaqda ittiham olunan bir şübhəli, 38 yaşlı Kleote Ebstonu saxlayıb. Polis qaçırılan avtomobili də tapıb.

Fletçer ailəsi qadının harada olduğu barədə hər hansı məlumat üçün 50 min dollar vəd edib. Qadın uşaq bağçasında müəllim işləyir. Eyni zamanda, o, “Orgill Inc” şirkətinin varisidir. Şirkətin illik satışları 3 milyard dollardan çoxdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru