Almaniyada kiçik mühərrikli təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb

5-09-2022, 09:33           
Almaniyada kiçik mühərrikli təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb
Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Duysburq şəhərində kiçik mühərrikli təyyarə qəzaya uğrayıb.

Hadisə nəticəsində iki nəfər həlak olub.

Təyyarə “FlicFlac” sirkinin dayanacağına çırpılıb.

Qəzaya uğrayan təyyarənin alovlanmasından sonra dayanacaqda olan ən azı 10 avtomobilə ziyan dəyib, qəza yerinə çoxlu yanğınsöndürən və təcili yardım maşınları göndərilib.

Bildirilib ki, qəza zamanı sirkdə nümayiş olub və insanların qəza yerinə getməməsi üçün şou ləğv edilməyib.

Qəza ilə bağlı araşdırmalara başlanıldığı bildirilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.