"Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." - deputat

3-02-2025, 00:01           
"Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." - deputat
“Sülh istəyən, bu istiqamətdə konkret addımlar atmalıdır. Yoxsa, sadəcə “sülh” deməklə sülh olmur”.

Bunu Moderator.az-a açıqlamasında millət vəkili Asim Mollazadə bildirib. Millət vəkili qeyd edib ki, Cənubi Qafqazda sülhün reallaşması üçün Ermənistanın Azərbaycanın sülh səylərini dəstəkləməsi vacibdir:

“Azərbaycan hər zaman regionda sülhün və təhlükəsizliyin təmini istiqamətində sistemli addımlar atıb, böyük diplomatik səylər sərgiləyib. Lakin təəssüflər olsun ki, Ermənistan heç vaxt Azərbaycanın sülh səylərini dəstəkləməyib, əksinə, müxtəlif təxribatlar vasitəsilə bu səylərə kölgə salmağa, Cənubi Qafqazdakı sülh prosesinə zərbə vurmağa çalışıb. 44 günlük Vətən müharibəsindən sonra Ermənistanın yürütdüyü siyasət də sülhün təmininə deyil, gərginliyin artmasına xidmət edib.

Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə, ölkəmizin sülh səylərinə səmimi şəkildə dəstək verərsə, o zaman Cənubi Qafqazda uzunmüddətli sülhü təmin etmək mümkün olacaq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru