Türkiyədən İrəvana getdi, erməniləri təhdid etdi... - “Razı olun, yoxsa…”

Bu gün, 07:44           
Türkiyədən İrəvana getdi, erməniləri təhdid etdi... - “Razı olun, yoxsa…”
Türkiyə Böyük Millət Məclisinin erməni əsilli keçmiş deputatı Garo Paylanın Ermənistana səfəri müzakirələrə səbəb olub.

Globalinfo.az xəbər verir ki, iki gün əvvəl İrəvanın Malatiya-Sebastiya inzibati rayonunda yerləşən Avetisyan məktəbində rəhbərlik yuxarı sinif şagirdlərini toplayıb hazır olmalarını tapşırıb.

Məlumata görə, bu hazırlıq Garo Paylanın məktəbə gəlməsi üçün görülüb, lakin onun gedişi çox adamı narazı salıb.

Belə ki, keçmiş deputat ziyarəti müddətində türklərlə ermənilərin mütləq barışmalı olduğunu bildirib. O deyib ki, düşmən münasibətlər artıq sonlandırılmalıdır, yeni nəsil revanş düşüncəsi ilə böyüməməlidir. Çünki nəticədə ermənilə özləri zərərli çıxırlar.

Paylan şagirdlərə İkinci Qarabağ müharibəsini nümunə göstərib və orada çox sayda erməni gənclərin öldüyünü bildirib. “Sizin kimi minlərlə gənc gedib döyüşdü, amma nəticədə hamısı öldü. Dərsinizi almasanız sizi də eyni aqibət gözləyir”, – keçmiş deputat bildirib.

Həm şagirdlər, həm də müəllimlərin çox ciddi şəkildə narazı qaldığı, hətta bəzilərinin görüşə qatılmağa məcbur edildiyi bildirilir.

Qeyd edək ki, G. Paylan Azərbaycana və Türkiyə hökumətinə qarşı kəskin çıxışları ilə tanınır. O, Ermənistanın hazırkı hökuməti ilə yaxın daimi təmasdadır. Paylanın İrəvana səfərlərinin sayının artması ölkədə bir çox insanı narahat edib. O, Türkiyədə bölücü ideyologiyaları dəstəkləyir və Azərbaycana qarşı əsassız ittihamlar səsləndirir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.