Hindistanda avtomobil qəzasında 12 nəfər ölüb

21-11-2022, 09:25           
Hindistanda avtomobil qəzasında 12 nəfər ölüb
Noyabrın 20-də Hindistanın mərkəzindəki Maharaştra ştatında 48 avtomobilin qəzası nəticəsində azı 30 nəfər yaralanıb, qadın və uşaqlar da daxil olmaqla azı 12 nəfər ölüb.

Globalinfo.az xəbər verir ki, bu barədə NDTV kanalı məlumat yayıb.

Bildirilib ki, qəza Puna – Banqalor magistralında baş verib. Əyləcləri sıradan çıxan yanacaq daşıyan yük maşını bir neçə avtomobilə çırpılıb. Zərbədən sonra yanacaq daşıyan maşından yerə tökülən yanacaq yolu sürüşkən edib və bu, onlarla avtomobilin qəzasına səbəb olub. Yük maşını sürücüsü yüksək sürətlə avtomobili yol boyu hərəkət edən bir qrup insanın üzərinə sürüb. Doqquz nəfər yerindəcə, daha üç nəfər isə xəstəxanada ölüb.

Xilasedicilər və yanğınsöndürənlər hadisə yerindədir. Magistral yolda baş verən qəza səbəbindən bir neçə kilometrlik tıxac yaranıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru