Braziliyanın yeni seçilmiş prezidenti əməliyyat olundu - FOTO

22-11-2022, 12:07           
Braziliyanın yeni seçilmiş prezidenti əməliyyat olundu - FOTO
Braziliyanın yeni seçilmiş prezidenti Lula de Silva bazar günü Sirio Libanes xəstəxanasına yerləşdirilib.

Məlumata görə, qırtlaq xərçəngindən əziyyət çəkən Silva səs telindəki leykoplakiyanı çıxarmaq üçün larinqoskopiya olunub.

“Prosedur zamanı yeni törəmə aşkar edilməyib”, - deyə prezidentin nümayəndəsi bildirib.

Onun artıq evə buraxıldığı vurğulanır.

Qeyd edək ki, Lula hələ seçki kampaniyası zamanı səsinin boğulmasından şikayətlənirdi.

Mənbə: topelegance.com.br












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru