“Vaqner” həkimləri yarım milyona cəbhəyə göndərir

22-11-2022, 12:19           
“Vaqner” həkimləri yarım milyona cəbhəyə göndərir
Yevgeni Priqojinin “Vaqner” özəl hərbi şirkəti Ukraynada hərbi əməliyyatlar zonasında işləmək üçün həkim və tibb bacıları yığır.

Axar.az xəbər verir ki, bu barədə “Moskva Tayms” məlumat yayıb.

“Vaqner” həkimləri yığmaqda davam edir. 30-50 yaş arasında anestezioloq, cərrah, travmatoloq, əməliyyat tibb bacısı, tibbi avadanlıqlar üzrə texnik, sanitar, feldşer, “C” kateqoriyalı sürücülər tələb olunur. Aylıq maaş isə 250-500 min rubl arasındadır”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, Rusiyada tibb işçilərinin orta aylıq əmək haqqı 51.5 min rubldur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru